Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başına quş qonduğu foto İngiltərə mətbuatında istehza mövzusu olub.
Musavat.com-un məlumatına görə, “The Independent” qəzeti hadisəyə geniş yer verib. Qəzet əvvəlcə bu hadisənin xeyirə yozulmadığını, Ərdoğana zərər gətirəcəyini yazıb.
Qəzetin müxbiri Bezan Makernan isə bu maraqlı hadisəyə heç də xoş baxış nümayiş etdirməyib. Hadisəyə ayrıca bir yazı həsr edən müxbir yazıb: “Ərdoğanın başına qonan quş bəlkə də kürd agentidir. Bilmək olmaz, bəlkə də Ərdoğanın “göz açdırmadığı” etirazçı, internet istifadəçisi, jurnalist tərəfindən təlim edilib”.
Qeyd edək ki, məscid açılışında iştirak edən Ərdoğanın başına quş qonmuşdu. Mühafizəçilər quşu uzaqlaşdırmaq istəsələr də ölkə prezidenti bu maraqlı hadisəyə gülərək reaksiya vermişdi.