Bu ilin ötən dövründə Rusiyada 65 terrorçu, o cümlədən 10 rəhbər şəxs məhv edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Milli Antiterror Komitəsinin iclasında Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.
O bildirib ki, 236 quldur, 36 dəstə başçısı, 589 yardımçı şəxs saxlanılıb.
“Dağıstan, İnquş, Çeçenistan respublikaları, Stavropol diyarı ərazilərində terror hücumları hazırlayan 37 terror yuvasının fəaliyyətinə son qoyulub”, – FTX rəhbəri vurğulayıb.