Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-dən məlumat verilib.
Snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığı Cəmiyyətin Bakı şəhərində və regionlardakı filiallarında aparılır. Hər bir filialda keçirilən kursda 30 çağırışçı iştirak edir.
Snayper kursları «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filialı, Zaqatala rayon və Şəki şəhər filiallarında, paraşütçü kursları isə Balakən rayon 1 nömrəli filiallarında keçirilir.
Qeyd edək ki, hazırda «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən aşpaz və sürücü xüsusi ixtisasları üzrə Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulmuş digər birləşmələr üçün mütəxəssislər hazırlanır.
Rəşad Süleymanov –APA