Rusiyalı milyarder Oleq Deripaskanın Ermənistandakı biznesi ABŞ sanksiyaları üzündən ziyanla üzləşib.
Elchi.az oxu.az-a istinadən bildirir ki,Deripaskaya məxsus “Armenal” zavodu istehsalı azaltmaq və əməkdaşlarının bir hissəsini ixtisara salmaq məcburiyyətində qalıb.
Buna səbəb kimi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları üzündən zavodun istehsal etdiyi məhsula tələbatın azalması göstərilir.
“Armenal” zavodunda istehsal olunan məhsul əsasən Şimali Amerika və Avropaya ixrac olunurdu.
Qeyd edək ki, aprelin 6-da Vaşinqton alüminium istehsalı ilə məşğul olan “UC Rusal” şirkətini və onun sahibi Oleq Deripaskanın adını sanksiya siyahısına daxil edib.