“Şahdağ”da qış mövsümünün başlanacağı tarix müəyyənləşib

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

“Şahdağ” Turizm Mərkəzində 2017-2018-ci il qış mövsümünün açıq elan olunacağı gün müəyyənləşib.

Qış turizm həvəskarları dekabrın 16-dan başlayaraq turizm kompleksinin xidmətlərindən faydalana biləcəklər.

Sayca altıncı olan bu qış mövsümü üçün texniki hazırlıq işləri yaxın günlərdə başa çatdırılacaq, kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətiriləcək.

Ötən illərdə olduğu kimi, bu il də kompleksdə dağ-xizək turizmi həvəskarları üçün aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə, ziplayn, kvadrosikl turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına ötən ildən etibarən atıcılıq və paraplan xidməti əlavə ediləcək. Bu ilin sürprizləri barədə mövsümün açılış gününə az qalmış məlumat veriləcək.

Regionun ən böyük dağ-xizək kurortu Qusar rayonunda (Şahdağ Milli Parkı) 2 min hektardan çox ərazini əhatə edir. “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildən turistlərin ixtiyarındadır.

Bənzər yazılar

Next Post

Son xəbərlər