Saatlıda pambıq tarlasında baş vermiş zəhərlənmənin ilkin səbəbi açıqlandı

181
SHARES
317
VIEWS

>

Bunu da oxuyun

“Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərinin və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Saatlıda pambıq tarlasında, kimyəvi maddələrin saxlandığı anbarlardan və xəstələrdən götürülmüş nümunələrin üzərində ekspertizalar həyata keçirilir”.

APA-nın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, ekspertizaların ilkin rəyinə əsasən, pambıq tarlasında baş vermiş zəhərlənmənin mənşəyi qida məhsulu deyil: “Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib”.

Q. Təhməzli qeyd edib ki, Saatlı rayonunda pambıq tarlasında 24 nəfər zəhərlənib, 4 nəfər Bakı şəhərinə köçürülüb. Xəstələrin hamısının vəziyyəti qənaətbəxşdir. Bir qismi evə buraxılıb.

Bənzər yazılar

Next Post

Son xəbərlər