“Saakaşvilinin vaxtı keçib” – Gürcüstan Prezidenti

7

“Mixeil Saakaşvilinin Gürcüstana qaytarılması məsələsi artıq gündəlikdə deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Estoniyanın İctimai televiziyasına müsahibəsində bildirib.

O deyib ki, M.Saakaşvilinin vaxtı keçib və o, özünü reabilitasiya edə bilmədi.

S.Zurabişvili sabiq prezidentin Gürcüstan üçün problem olmadığını vurğulayıb.

Dövlət başçısı müsahibədə Gürcüstan-Rusiya münaqişəsinə də toxunub: “Bizim dondurulmuş münaqişələrimiz yoxdur, bizim işğal altında olan torpaqlarımız var. Dondurulmuş münaqişələr əvvəllər olub. İşğal olunmuş torpaqlar Gürcüstanın əsas problemidir”.