Ermənistanın ekologiya nazirinin müavini Ayser Kazaryan istefa verib.
Teleqraf.com xəbər verir ki, o bu barədə özünün Feysbuk səhifəsində yazıb.
Kazaryan Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib və keçmiş Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini bildirib:
“İstefa məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin “ədalət prinsipləri” isə qalır, bunu rədd edirəm”.
O, istefa məktubunu birbaşa Baş nazir Nikol Paşinyana təqdim edib.