General axtarışların davam etdiyini söyləyib.
İraq hökuməti ötən əsrin 90-cı illərində Səddam Hüseyn rejimi tərəfindən edam olunan küveytli əsirlərdən 300-nün cəsədini Küveytə verib.
İraqın itkin düşmüş şəxsləri arayan komitəsinin üzvü, Bəsrənin polis rəisi, general Rəşid Filleyhin sözlərinə görə, ümumilikdə Küveytin 613 nəfər itkin hərbçisi var.
Onlardan 300-nün cəsədinin qalıqları tapılıb və qarşı tərəfə təhvil verilib.
General axtarışların davam etdiyini söyləyib.
Küveyt tərəfi İraq işğalı zamanı 320-dən çox vətəndaşının itkin düşdüyünü açıqlayıb. İraq tərəfi isə 5 mindən çox iraqlının itkin düşdüyünü elan edib.(teleqraf.com)