“Sərkisyandan fərqiniz yoxdur” – Paşinyan komandasında istefalar başladı

20

Ermənistanın ekologiya nazirinin müavini Ayser Kazaryan istefa verib.

Teleqraf.com xəbər verir ki, o bu barədə özünün Feysbuk səhifəsində yazıb.

Kazaryan Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib və keçmiş Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini bildirib:

“İstefa məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin “ədalət prinsipləri” isə qalır, bunu rədd edirəm”.

O, istefa məktubunu birbaşa Baş nazir Nikol Paşinyana təqdim edib.