Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Qərbin sanksiyalarından dəyən zərəri qiymətləndirib.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin sonu üçün Rusiyaya qarşı 62 ölkə 159 sanksiya tətbiq edib. Sanksiyalar ölkəyə 6,3 milyard dollar ziyan dəyib.
Bildirilir ki, sanksiyalardan ən çox iqtisadiyyatın metallurgiya, kənd təsərrüfatı və kimya sənayesinə kimi sahələrinə zərər dəyib.