Rusiyanın 2018-ci ildə korrupsiya cinayətləri ucbatından gördüyü maliyyə zərəri 65,7 milyard rubl, yəni 1 milyard ABŞ dollarına yaxındır.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş prokuroru Yuri Çayka parlamentin Yuxarı Palatası olan Federasiya Şurasına ünvanladığı məruzəsində bildirib.
Həmin rəqəmin 2017-ci ilə nisbətən 66 faiz çox olduğu qeyd edilib.