Rusiya nüvə arsenalını yeniləyir

40

Rusiya 2020-ci ilə kimi özünün strateji nüvə silahlarının hamısını yeniləyəcək.1411365556roqozin

 

Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin məlumat verib.

 

“Strateji nüvə silahlarının formalaşdırılması prosesi sürətli templə gedir. Həm də biz o silahların 70 faizini deyil, hamısını yeniləyəcəyik”, Roqozin bildirib.

 

Baş nazirin müavini bildirib ki, ordu və donanma 2015-ci ildə ultramüasir silahlanmaya 30, 2020-ci ildə isə 70 faiz keçməlidir:

“Bunun üçün Rusiyaya bütün hərbi əməliyyatlara hazır olan kompakt ordu yaratmaq lazımdır”.

 

Qeyd edək ki, 2008-ci ildən Rusiya ordunun yenidən formalaşdırılmasına start verib. Yenilənmə hərbi idarəçilik sistemindən tutmuş, hərbi qulluqçuların sayının azaldılma qədər bütün sahələri əhatə edir.