Kremlin Yaxın Şərqlə bağlı bütün ümidləri puç oldu.
Axar.az xəbər verir ki, bunu Rusiya baş nazirinin keçmiş müavini Alfred Kox öz Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Moskva artıq neftin qiymətinin qalxacağına ümidini itirib:
“Rusiya Suriyanı bombardman edəndə neftin bir barrelinin dəyəri 47,98 dollar idi. Hazırda 46,65 dollara düşüb. Görünür, neftin qiymətini Səudiyyə Ərəbistanı yox, ABŞ-ın müəyyən etdiyini söyləyən analitiklər haqlı imiş. Artıq neft qiymətlərinin manipulyasiya edilməsi dövrü başa çatıb. İndi hər şeyi tələbat və təklif müəyyən edəcək”.