Robert Koçaryan həbsdə qaldı

11

 Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryana qarşı həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu məhkəmənin iclasından sonra jurnalistlərə Baş Prokurorluğun Departament müdiri Vahaq Muradyan deyib.

O, ittiham tərəfinin qənaətincə, həbsdən azad ediləcəyi təqdirdə R.Koçaryanın istintaqdan yayına biləcəyini vurğulayıb.

Xatırladaq ki, bu il yanvarın 18-də ümumi məhkəmənin qərarı ilə sabiq dövlət başçısına qarşı seçilmiş həbs qətimkan tədbirinin müddəti ay uzadılıb.

Xatırladaq ki, Robert Koçaryan 2008-ci ilin mart ayında Konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülməklə ötən ilin dekabr ayında həbs olunmuşdu.