Madridin “Real” futbol komandası Avrokubok yarışlarında min qol vuran ilk klub olub.
Trend-in verdiyi məlumata görə, yubiley qolu Kərim Benzema vurub.
Fransız futbolçu Çempionlar Liqasının qrup mərhələsinin “Bazel”ə qarşı keçirilmiş ilk oyunda fərqlənib. Bu siyahıda “Barselona” (980 qol) ikinci, “Bavariya” (799 qol) isə üçüncüdür. Qeyd edək ki, “Real” min qolu 427 oyunda vurub