ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların bəzi iş adamları üçün ABŞ-la ticarətinin sonu olacağını bildirib.
Modern.az Trampın Twitter hesabına istinadən xəbər verir ki, sanksiyaların tətbiqindən sonra İranla işləyən iş adamlarının eyni anda ABŞ-la da bizneslə məşğul olmaqları mümkün olmayacaq.
“ABŞ-a qarşı sanksiyalar rəsmi olaraq tətbiq edilib. Bu sanksiyalar indiyə kimi tətbiq edilən sanksiyaların ən çox zərər vuranıdır. Noyabrda isə o yeni səviyyəyə qaldırılacaq” – Tramp yazıb.
O həmçinin bütün dünyada sülh istədiyini bildirib.
“Mən bütün dünyada sülh istəyirəm!” – deyə ABŞ prezidenti qeyd edib.
Qeyd edək ki, yeni sanksiyalara görə Yaponiyanın nəhəng neft emalı şirkətləri artıq İrandan neft idxalını dayandırıb.