QORXUNC STATİSTİKA: Ötən il Azərbaycanda 105 uşaq xərçəngdən ölüb – ARAŞDIRMA

13 İyul 2018 - 14:00

Hazırda bəşəriyyətin qarşısında aciz qaldığı ən böyük bəlalardan biri xərçəng xəstəliyidir. İllərdir aparılan tibbi araşdırmalar, tətbiq edilən müalicələr, məsləhət görülən dərmanlar hələlik heç bir nəticə verməyib. Və yaxın 10 ildə də milyonlarla insanın bu xəstəliyin çənginə keçəcəyi barədə dəhşətli proqnozlar var. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2020-ci ilədək xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir. 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Ağrılı rəqəmlər…

Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  2017-ci ilin statistikasına əsasən, Azərbaycanda 45756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Onlardan 17149-u kişi, 28607-si qadındır.

2017-ci ildə ölkədə yenitörəmələrdən ölənlərin sayı 8665 nəfər təşkil edib ki, onlardan 4866 nəfəri kişilər, 3799 nəfəri qadınlar olub.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 40 653, 2016-cı ildə isə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub.

Statistikadan da göründüyü kimi, rəsmi rəqəmlərə əsasən, hər il Azərbaycanda xərçəng xəstələrinin sayı 2-3 min nəfər artır…

Baş onkoloq: “Buna böyük artım demək olmaz…”

Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Lent.az-a bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da xərçəng xəstəliyində artım müşahidə olunur. Amma digər qonşu ölkələrlə müqayisə etsək, Azərbaycanda bu xəstəliyin artımında elə də ciddi nəzərəçarpacaq dəyişiklik qeyd olunmur və buna böyük artım demək olmaz: “Məsələn, təxminən 2010-cu ildə əhalinin sayı 6 milyon idisə, hazırda 10 milyona yaxınlaşır. Əlbəttə, bu göstəricinin nəticəsində tək xərçəng xəstəliyi yox, digər xəstəliklərin artımı da müşahidə olunmalıdır və bu, labüddür”.

A. Kərimli deyib ki, xərçəngə qarşı mübarizəni təkcə onkoloqlar və həkimlər yox, bütün kütlə aparmalıdır: “İlk növbədə ekoloji natəmizliyi aradan qaldırmaq, qidalanma faktoruna diqqət etmək lazımdır. Çətinliyimiz bu sahədə maarifləndirmə işinin aparılması ilə əlaqədardır. Bu isə tək onkoloqun işi deyil. Bunun üçün müəyyən bir şərait yaradılmalıdır. Televiziya böyük təbliğat maşınıdır. Çox yaxşı olardı ki, efir vaxtı ayrılaydı, xərçəngin profilaktikası ilə bağlı vaxtaşırı məlumatlar veriləydi. Bu xəstəlik vaxtında aşkarlansa, yerləşdiyi yerdən asılı olmayaraq, 100 faiz sağala bilər. Əgər xəstə 3-cü, 4-cü mərhələdə müraciət etsə, onda onun müalicəsində müəyyən problemlər üzə çıxacaq. Əfsuslar olsun ki, xəstələrin çoxu xəstəliyin 3-4-cü mərhələsində müraciət edir. Əgər insanlar həqiqətən də xərçəngin sağalan xəstəlik olduğunu anlasalar, özlərini ona kökləyib gələrlər. Camaatın ürəyinə qorxu salmaq lazım deyil. Hansı xəstəlik yüngüldür? Sadəcə gəlib vaxtlı-vaxtında müayinə olunmaq lazımdır”.

Bu peşə sahibləri daha çox risk altındadır

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov Lent.az-a açıqlamasında qeyd edib ki, qadınlar üçün xərçəng yaradan faktorlardan biri ailədə uşağın az olması və 30 yaşdan sonra ilk hamiləliyin baş tutmasıdır: “Növbəti faktorlardan biri ultrabənövşəyi şüaların təsiri altında açıq havada uzun müddət qalmaqdır. Bu, balıqçılara, neftçilərə, kənd təsərrüfatı işçilərinə, həmçinin açıq şəraitdə işləyən başqa əməkçilərə də aiddir. Bununla yanaşı ətraf mühitin çirklənməsinin də böyük rolu var. Buna isə maşın mexanizmlərindən çıxan tüstülərin tərkibində olan zərərli maddələr səbəb olur. Əhalinin sıx yaşadığı yerdə zərərli maddələr istehsal edən sənaye müəssisələrinin olması da faktorlardan biridir. O cümlədən burada əmək şəraitinin də müəyyən qədər rolu var. Məsələn, azbest, sement, şifer zavodlarında işləmək və sair. Bu sadaladıqlarımın xərçəngin yayılmasında kifayət qədər rolu var”.

Ölüm göstəricisinə görə ağciyər xərçəngi birinci yerdədir

“Hazırda dünyada ildə 11 milyondan çox qadın xəstə qeydiyyata düşürsə, onun 1 milyon 600 mini qadınların süd vəzi xərçənginə görədir” deyən onkoloq deyib ki, bu, bədxassəli şişlər içərisində birinci yerdə durur: “İkinci yerdə duran ağciyər xərçəngidir. Bu həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Sonrakı yeri isə mədə-bağırsaq traktının xərçəngi tutur. Son illərdə qaraciyər xərçəngi də sürətlə artmağa başlayıb. Burada əsas faktor ölüm göstəricisidir. Məsələn, dünya göstəriciləri üzrə ağciyər xərçəngindən ölüm birinci yerdədir. Baxmayaraq ki, süd vəzi xərçəngi ən çox rast gəlinəndir, ölümə görə 5-ci yerdədir. Deməli, müalicəsi və diaqnostikası kifayət qədər yaxşıdır. Ölüm göstəricisinə görə ikinci yeri qaraciyər xərçəngi tutur. Bizim ölkədə isə xərçəngin bu növü axırıncı yerlərdən birini tutur. Mədə xərçəngi üçüncü, bağırsaq xərçəngi 4-cüdür”.

N. Qasımov deyir ki, Azərbaycanda 2017-ci ildə il ərzində xərçəng diaqnozu qoyulan xəstələrin sayı 11 mindən çox olub. Onlardan az qala 2 mini (1967 nəfəri) süd vəzi xərçəngidir. 2-ci yeri ağciyər, 3-cü yeri mədə, 4-cü yeri bağırsaq xərçəngi tutur ki hər biri min nəfərdən yuxarıdır. Qadın cinsiyyət üzvlərinin xərçəngi isə 1000-ə yaxındır. Kişilərdə ən çox rast gəlinən bəd xassəli şişlər ağciyər, mədə, prostat, qaraciyər, bağırsaq xərçəngidir: “Ölüm göstəricisinə baxanda bizimlə dünyanın arasında bir qədər fərq var. Məsələn, ağciyər xərçəngindən ölüm bizdə birinci yerdə durur. Mədə xərçəngi  ikinci, süd vəzi xərçəngi üçüncü, qadın cinsiyyət üzvlərinin xərçəngi dördüncüdür. Bütün bu statistik göstəricilərə əsasən demək olur ki, ilbəil xəstələnmə artır, ölüm isə azalır. Stressdən uzaq olmaq, az yemək, fiziki aktiv olmaq, çəkini aşağı salmaq, siqaret çəkməmək lazımdır”.

Xərçəngin uşaq qurbanları da artır

Ən dəhşətlisi isə son illər ölkədə xərçəngin “uşaqlaşması”dır. Başqa sözlə, bu dəhşətli xəstəlikdən ölən uşaqların sayı da çoxalır.

Dövlət Statistika Komitəsinin Lent.az-a verilən məlumata görə, 2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

Nəsimi Qasımov bildirir ki, uşaqlarda müşahidə edilən şişlər əsasən embrional şişlərdir: “Böyüklərdə rast gəlinən şişlər uşaqlarda yoxdur. Uşaq deyəndə biz 0-18 yaşı nəzərdə tuturuq. Embrional şişlərin əmələ gəlməsinin də səbəbi anaların, ataların genetik şiş daşıyıcısı olmasıdır. Dolayısı ilə demək istəyirəm ki, hər bir insanda gələcəkdə bədxassəli şiş əmələ gətirə biləcək hüceyrələrin potensial dayağı var. Biz kanserogen maddə ilə təmasda olduqda onlar fəaliyyətini aktivləşdirə bilirlər. Bu hüceyrələr genetik olaraq uşaqda rüşeymdə ola bilər ki, bunlar da bir sıra onkoloji xəstəliklərə səbəb olur. Ancaq bu rəqəm böyüklərlə müqayisədə qat-qat azdır. Həmçinin uşaqların müalicəsində böyüklərə nisbətən kifayət qədər yaxşı effekt almaq olur. Məsələn, 2017-ci ildə 17 yaşına qədər xəstələnənlərin sayı 130 nəfər olub”.

Onkoloji xəstələrin 20 mini xəstəlik aşkarlanandan sonra 5 ildən çox yaşayanlardır

N. Qasımov deyir ki, ölkədə bədxassəli şişlərin müalicəsi üçün kifayət qədər geniş dərman spektri və genetik, bioloji molekulyar laboratoriyalar var: “Müalicədən sonra mənim 20 ildən artıq yaşayan xəstələrim olub. Hazırda hesabatda qeydiyyatda olan xəstələrdən 20 mini 5 ildən çox yaşayanlardır. 65 yaşında xəstənin ömrünün üzərinə 15 il qoyuruqsa bunun özü bir nailiyyətdir”.

 

Mütəxəssis bildirib ki, xərçəngin müalicəsində ilk iş pasientin üzərinə düşür. İnsanlar vaxtaşırı həkim müayinələrindən keçməli, bədənlərində olan dəyişikliklərə fikir verməlidirlər: “Məsələn, hər qadın öz süd vəzisini yoxlayıb ondakı dəyişikliyi görə bilər, yaxud öskürəndə bəlğəmində qan olub olmadığına diqqət edə bilər. Gərək xəstə özünü xəstə bilmədiyi vaxtda həkimə müraciət etsin. Xəstə özünü xəstə bilib həkimə müraciət etdikdə artıq çox gec olur…”.

Qısa URL: http://www.elchi.az/?p=112381



Rusiyada azərbaycanlıya 11 il həbs cəzası verildi ...

Rusiyanın Kazan şəhərində yerləşən “Vyetnam bazarında” adam öldürməyə cəhd göstərməkdə ...
18 İyl - 18:57 / Rusiyada azərbaycanlıya 11 il həbs cəzası verildi üçün şərhlər bağlıdır / Davamı »

Qanunsuz heyvan kəsiminə qarşı reydlər başladı ...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq ...
18 İyl - 18:37 / Qanunsuz heyvan kəsiminə qarşı reydlər başladı üçün şərhlər bağlıdır / Davamı »

Xəzəri çirkləndirən 13 şəxs inzibati məsuliyyətə cəlb edildi ...

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii ...
18 İyl - 18:17 / Xəzəri çirkləndirən 13 şəxs inzibati məsuliyyətə cəlb edildi üçün şərhlər bağlıdır / Davamı »

Fədayə Laçının səhhəti pisləşdi ...

Həbsdə olan müğənni Fədayə Laçının səhhətində problemlər yaranıb. Havaların isti ...
18 İyl - 17:59 / Fədayə Laçının səhhəti pisləşdi üçün şərhlər bağlıdır / Davamı »

Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu – VİDE ...

Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy ...
18 İyl - 17:39 / Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu – VİDEO üçün şərhlər bağlıdır / Davamı »

Bu il 734 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb ̵ ...

Bu ilin birinci yarısında daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə ...
18 İyl - 17:19 / Bu il 734 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarılıb – DİN üçün şərhlər bağlıdır / Davamı »

İmtahanın nəticələri yaxın 3-4 gündə elan ediləcək ...

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ...
18 İyl - 16:59 / İmtahanın nəticələri yaxın 3-4 gündə elan ediləcək üçün şərhlər bağlıdır / Davamı »

İmtahan qaydalarına zidd hərəkətlər edən abituriyentlərin nəticəl ...

Dövlət İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali ...
18 İyl - 16:39 / İmtahan qaydalarına zidd hərəkətlər edən abituriyentlərin nəticələri ləğv edilib üçün şərhlər bağlıdır / Davamı »

Sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif olunub ...

Bu il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının Göytəpə sərhəd ...
18 İyl - 16:19 / Sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif olunub üçün şərhlər bağlıdır / Davamı »

Nazirlik müəllimlərin işə qəbul müsabiqəsinə çıxarılan vakant y ...

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin ...
18 İyl - 15:57 / Nazirlik müəllimlərin işə qəbul müsabiqəsinə çıxarılan vakant yerləri açıqlayıb üçün şərhlər bağlıdır / Davamı »

“İtaliya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir” ...

“İtaliyanın Azərbaycana səfər edən ilk Prezidentiyəm. Mən bundan çox böyük ...
18 İyl - 15:37 / “İtaliya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir” – Prezident Sercio Mattarella üçün şərhlər bağlıdır / Davamı »

2 idarə rəisi işdən çıxarıldı ...

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə yeni müdir təyin edilib. Kənd ...
18 İyl - 15:17 / 2 idarə rəisi işdən çıxarıldı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlan ...

Azərbaycanda indiyədək qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb. APA-nın məlumatına ...
18 İyl - 14:54 / Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb üçün şərhlər bağlıdır / Davamı »

İranda “Instagram”a görə kütləvi həbslər başlayıb ...

İranın Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyat nəticəsində “Instagram”da “uyğun ...
18 İyl - 14:34 / İranda “Instagram”a görə kütləvi həbslər başlayıb üçün şərhlər bağlıdır / Davamı »

İstirahət məkanlarını tapmaq daha asan olacaq ...

Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sistemi yaradılıb. Elchi.az  Trend-ə istinadən bildirir ...
18 İyl - 14:14 / İstirahət məkanlarını tapmaq daha asan olacaq üçün şərhlər bağlıdır / Davamı »

Səsimiz özümüzə niyə qəribə gəlir? ...

Yəqin ki, yer üzündə öz səsini eşidəndə bəyənən çox az ...
18 İyl - 13:52 / Səsimiz özümüzə niyə qəribə gəlir? üçün şərhlər bağlıdır / Davamı »

Könül Kərimovaya qarşı 32 min manatlıq DƏLƏDUZLUQ ...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın ...
18 İyl - 13:32 / Könül Kərimovaya qarşı 32 min manatlıq DƏLƏDUZLUQ üçün şərhlər bağlıdır / Davamı »

Xəzər sahilində qanunsuz tikinti işləri dayandırılır ...

Xəzər dənizinin mühafizə zolağındakı torpaqların monitorinqi aparılıb: hansı qanun pozuntuları ...
18 İyl - 13:12 / Xəzər sahilində qanunsuz tikinti işləri dayandırılır üçün şərhlər bağlıdır / Davamı »

Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb ...

 Bakıda qadın qohumu tərəfindən qətlə yetirilib. “Report”un xəbərinə görə, paytaxtın ...
18 İyl - 12:49 / Bakı sakini əmisi arvadını yumruqla vuraraq öldürüb üçün şərhlər bağlıdır / Davamı »

Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını artırıb ...

 Bu ilin I yarısında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ...
18 İyl - 12:29 / Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını artırıb üçün şərhlər bağlıdır / Davamı »

Cəbhədə GƏRGİN GECƏ: Mövqelərimiz pulemyotlardan atəşə tutuldu ...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da ...
18 İyl - 12:09 / Cəbhədə GƏRGİN GECƏ: Mövqelərimiz pulemyotlardan atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış e ...

 İyulun 18-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə ...
18 İyl - 12:08 / Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər üçün şərhlər bağlıdır / Davamı »

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanıldı ...

Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınmış cinayət və ...
18 İyl - 11:48 / Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanıldı üçün şərhlər bağlıdır / Davamı »

Bu günə olan məzənnələr – RƏSMİ ...

Mərkəzi Bankdan verilən məlumata görə,  ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 ...
18 İyl - 11:28 / Bu günə olan məzənnələr – RƏSMİ üçün şərhlər bağlıdır / Davamı »

Hacıqabul sakini yeznəsini bıçaqladı ...

Hacıqabul rayonunda bıçaqlanma hadisəsi olub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata ...
18 İyl - 11:08 / Hacıqabul sakini yeznəsini bıçaqladı üçün şərhlər bağlıdır / Davamı »

Gürcüstanda keçmiş XİN rəhbərinin prezidentliyə namizədliyi irəli ...

Gürcüstanın keçmiş Xarici İşlər naziri (2008-2012) Grigol Vaşadze ölkədə 10 ...
18 İyl - 10:46 / Gürcüstanda keçmiş XİN rəhbərinin prezidentliyə namizədliyi irəli sürüldü üçün şərhlər bağlıdır / Davamı »

Bakının bu ərazilərində qaz olmayacaq – SİYAHI ...

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət ...
18 İyl - 10:26 / Bakının bu ərazilərində qaz olmayacaq – SİYAHI üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub ...

 Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...
18 İyl - 10:20 / Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub üçün şərhlər bağlıdır / Davamı »

Bərdədə gənclər arasında bıçaqlanma olub ...

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un yerli bürosu xəbər ...
18 İyl - 10:06 / Bərdədə gənclər arasında bıçaqlanma olub üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda yayın isti keçməsi ilanların sayını artırıb ...

Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ...
18 İyl - 09:45 / Azərbaycanda yayın isti keçməsi ilanların sayını artırıb üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda nizamnamə kapitalı 17,4 mln. manat olan Olimpiya İdman Kom ...

“Ağcabədi Olimpiya İdman Kompleksi” MMC dövlət qeydiyyatına alınıb. “APA-Economics” “Vergilər” ...
18 İyl - 09:00 / Azərbaycanda nizamnamə kapitalı 17,4 mln. manat olan Olimpiya İdman Kompleksi yaradılıb üçün şərhlər bağlıdır / Davamı »

Şeyx Gəncə hadisələrinə görə dövlətləri ittiham etdi ...

“Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. ...
17 İyl - 18:44 / Şeyx Gəncə hadisələrinə görə dövlətləri ittiham etdi üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda bu tarixdən tam üzən məzənnə rejimi tətbiq olunacaq ...

Mərkəzi Bank strateji yol xəritəsindəki tədbirləri 69% icra edib 2020-ci ...
17 İyl - 18:24 / Azərbaycanda bu tarixdən tam üzən məzənnə rejimi tətbiq olunacaq üçün şərhlər bağlıdır / Davamı »

Gəncə hadisələrinə görə daha 4 nəfər həbs edildi (FOTOLAR) ...

İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət hadisəsi ilə əlaqədar ...
17 İyl - 18:04 / Gəncə hadisələrinə görə daha 4 nəfər həbs edildi (FOTOLAR) üçün şərhlər bağlıdır / Davamı »

Su kanalında tapılan 56 pasporta görə vəzifəli şəxs cəzalandırıl ...

Bu ilin iyun ayında İmişli rayonu Sarıxanlı kəndi ərazisində su ...
17 İyl - 17:42 / Su kanalında tapılan 56 pasporta görə vəzifəli şəxs cəzalandırıldı üçün şərhlər bağlıdır / Davamı »

Dünyada ən çox pul qazanan məşhurların adı açıqlandı – SİY ...

“Forbes” dünyanın ən çox qazanan məşhur simalarının sıralamasını hazırlayıb. Apasport.az ...
17 İyl - 17:20 / Dünyada ən çox pul qazanan məşhurların adı açıqlandı – SİYAHI üçün şərhlər bağlıdır / Davamı »

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün yen ...

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb. ...
17 İyl - 16:59 / Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün yeni rüsumlar tətbiq ediləcək üçün şərhlər bağlıdır / Davamı »

Tarif Şurasının səlahiyyətləri artırıldı ...

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) sayı artırılıb. ...
17 İyl - 16:39 / Tarif Şurasının səlahiyyətləri artırıldı üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda piyadalara tətbiq edilən cərimələr artırılır ...

 Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Elchi.az-ın ...
17 İyl - 16:19 / Azərbaycanda piyadalara tətbiq edilən cərimələr artırılır üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycanda avtobusların 77%-nin yaşı 10 ildən çoxdur ...

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycana 9 588 ədəd avtomobil idxal ...
17 İyl - 15:57 / Azərbaycanda avtobusların 77%-nin yaşı 10 ildən çoxdur üçün şərhlər bağlıdır / Davamı »

“Azərbaycan Dəmir Yolları” QSC-nin səlahiyyətlərindən biri ləğ ...

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səlahiyyətlərindən biri ləğv ...
17 İyl - 15:37 / “Azərbaycan Dəmir Yolları” QSC-nin səlahiyyətlərindən biri ləğv edildi üçün şərhlər bağlıdır / Davamı »

Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib ...

Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ...
17 İyl - 15:17 / Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib üçün şərhlər bağlıdır / Davamı »

Yaponiyada isti havaya görə 14 nəfər ölüb ...

Yaponiyanın qərbindəki bəzi bölgələrdə davam edən anomal istilərə görə son üç ...
17 İyl - 15:00 / Yaponiyada isti havaya görə 14 nəfər ölüb üçün şərhlər bağlıdır / Davamı »

Cəbhədə düşməndən növbəti TƏXRİBAT: Ağdamın Çıraqlı kəndi ...

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub. APA-nın Qarabağ bürosunun ...
17 İyl - 14:45 / Cəbhədə düşməndən növbəti TƏXRİBAT: Ağdamın Çıraqlı kəndi atəşə tutuldu üçün şərhlər bağlıdır / Davamı »

“Zerkalnı” nömrələr hərraca çıxarılacaq ...

Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq ...
17 İyl - 14:40 / “Zerkalnı” nömrələr hərraca çıxarılacaq üçün şərhlər bağlıdır / Davamı »

Füzulidə sərhədçilər ilan sancan qadını xilas etdilər ...

Füzuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz ...
17 İyl - 14:20 / Füzulidə sərhədçilər ilan sancan qadını xilas etdilər üçün şərhlər bağlıdır / Davamı »

Azərbaycana gələn turistlərin sayı 10%-dən çox artıb ...

 Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 ...
17 İyl - 13:57 / Azərbaycana gələn turistlərin sayı 10%-dən çox artıb üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyevin Rusiyaya səfərinin vaxtında dəyişiklik olub ...

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfərinin vaxtında dəyişiklik olub. APA-nın ...
17 İyl - 13:37 / İlham Əliyevin Rusiyaya səfərinin vaxtında dəyişiklik olub üçün şərhlər bağlıdır / Davamı »

İlham Əliyev şəxsiyyət vəsiqəsi ilə bağlı QANUNA DƏYİŞİKLİK ...

 Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ...
17 İyl - 12:17 / İlham Əliyev şəxsiyyət vəsiqəsi ilə bağlı QANUNA DƏYİŞİKLİK ETDİ üçün şərhlər bağlıdır / Davamı »

Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdı ...

Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları ...
17 İyl - 11:48 / Ziya Bünyadov prospektində avtomobil tunelində hərəkət məhdudlaşdırılacaq üçün şərhlər bağlıdır / Davamı »
“Google Analytics” Göstəriciləri
generated by GADWP 

Redaktor: ƏLİ HƏZİQULİYEV


Telefon: (012) 510 8 317
Mobil: 050 205 10 99  
055-205 10 99  

Email: [email protected]
Giriş | Hazırladı "Qurdqanlı Design"