Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetinin rektoru, akademik Kılışbay Bisenov Aldaberqenoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinində olub. Nümayəndə heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov Qazaxıstan və Azərbaycan xalqlarının dostluq münasibətlərindən, universitetlərarası əməkdaşlıqdan, təhsil və elm sahəsində imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.
Akademik Kılışbay Bisenov Aldaberqenoviç, öz növbəsində, görüşdən məmnunluğunu ifadə edərək universitetlərarası əlaqələrin qurulmasında maraqlı olduğunu, imzalanacaq memorandumun BDU ilə rəhbərlik etdiyi ali təhsil ocağı arasında əməkdaşlığın inkişafına təkan verəcəyini xüsusilə qeyd edib.
Sonda müəllim-tələbə mübadiləsi, ikitərəfli simpozium, seminar, konfransların keçirilməsi, beynəlxalq elm və təhsil layihələrinin, proqramlarının reallaşdırılması kimi məsələləri əhatə edən Memorandum imzalanıb.
İlham Əliyev forumda iştirak edir
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının...