Qobustan həbsxanasında axtarış-baxış tədbirləri həyata keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında 20 ədəd qanunsuz mobil telefon aparatı, onlara məxsus aksessuarlar, kəsici-deşici və digər qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
ABŞ Ukraynanın Avro-Atlantik inteqrasiyasını dəstəkləyib
Blinken: ABŞ Ukraynanın Avro-Atlantik inteqrasiyasını dəstəkləyir. Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton Ukraynanın Şimali Atlantika...