Qış yuxusundan erkən oyanan kirpi bu günə düşdü – FOTO

11

Kirpi qış yuxusundan erkən oyandığına görə keçəlləşib.

Britaniyanın Şropşir qraflığının Maç-Venkok şəhərindən olan heyvan haqları müdafiəçiləri stressdən tikanları tökülən “Ayı” adlı gənc kirpinin qeydinə qalır.

“Cuan Wildlife Rescue” heyvanların qorunması mərkəzinin meneceri Fren Hil belə halla ilk dəfə qarşılaşdıqlarını deyib.

“Mən “Cuan”da artıq 10 ilə yaxındır işləyirəm, bu vaxt ərzində altı-yeddi keçəl kirpi rastıma çıxıb, ancaq vəziyyət bu qədər pis olmayıb. Həmin kirpilər 65-70 faiz tikandan məhrum olmuşdusa, “Ayı” tikanlarının təxminən 97 faizini itirib”, – deyə Fren Hil bildirib.

Kirpi donub, aclıqda və susuzluqdan əziyyət çəkib. Adətən, oktyabr ayında bu heyvanlar qış yuxusuna gedir və aprel ayında oyanaraq yuvalarından çıxırlar. Yəni əsas şərt temperaturun 15 dərəcəyə qədər yüksəlməsidir.

“Qabağına pişik yemi qoyduq, yedi, üstündən isə düz dörd dəqiqə su içdi”, – deyə mərkəzin meneceri bildirib.

Mərkəzin əməkdaşları əmindir ki, “Ayı”nı onun qulağına düşən gənələr oyadıb. Parazitlərə, vaxtından əvvəl oyandığına, soyuğa və keçirdiyi stressə görə kirpinin tikanları tökülməyə başlayıb.(oxu.az)

image description