İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” komandası I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına rəqib olub. İlk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə 17-18 iyulda Bakıda keçiriləcək.
I təsnifat mərhələsində qarşılaşacaq cütlüklər:
“Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova)
“Şkendiya” (Makedoniya) – TNS (Uels)
“Suduva” (Litva) – APOEL (Kipr)
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Qarabağ” (Azərbaycan)
“Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan)
İlkin mərhələnin qalibi – “Malmö” (İsveç)HİK (Helsinki, Finlandiya) – “Vikinqur” (Farer adaları)”Ludoqorets” (Razqrad, Bolqarıstan) – “Kruzaders” (Şimali İrlandiya)”Kork Siti” (İrlandiya) – “Legiya” (Varşava, Polşa)”Valur” (Reykyavik, İslandiya) – “Rusenborq” (Norveç)”Kukesi” (Albaniya) – “Valletta” (Malta)”Flora” (Tallin, Estoniya) – “Hapoel” (Beer-Şeva, İsrail)”Spartak” (Yurmala, Latviya) – “Srvena Zvezda” (Serbiya)”Alaşkert” (Ermənistan) – “Seltik” (Şotlandiya)”Spartak (Trnava, Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)”Astana” (Qazaxıstan) v “Sutyeska” (Monteneqro)