“Qarabağ” Qurban Qurbanovun oğluna görə 20 manat cərimələnib

5

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.

“Report” xəbər verir ki, “Turan Tovuz” klubu “Qaradağ Lökbatan”la qarşılaşmada matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat məbləğində cərimə olunub.

“Neftçi-2″nin məşqçisi Fuad Əsədov “Şüvəlan”la səfər qarşılaşmasında texniki zona qaydalarını pozduğu üçün oyundan kənarlaşdırılıb. Ona 1 matçlıq cəza, klubuna 80 manat cərimə kəsilib.

Həmin görüşdə xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə meydan sahibi olan “Şüvəlan” klubu 80 manat məbləğində cərimələnib.

AFFA İntizam Komitəsi həmçinin “Qarabağ-2″nin futbolçusu Musa Qurbanlını da cəzalandırıb. Oyunçu “Səbail-2″ ilə matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün ona 1 oyunluq diskvalifikasiya tətbiq edilib. Klub isə 20 manat məbləğində cərimələnib.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.