Bakıda ərindən qorxan qadın polisi aldatmağa çalışıb.
Elchi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 2-ci PŞ-yə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.
Müracətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.
2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb.
Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.