Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.
İrandan yeni təhdid: İsrailin nüvə obyektləri aşkarlanıb, raket atmağa hazırıq
İranın Nüvə Obyektlərinin Mühafizə Komandiri, "Əllərimiz tətikdədir, İsrailin nüvə obyektləri aşkar edilib. Hədəfləri məhv etmək üçün güclü raketlər atmağa hazırıq"...