İyulun 22-də Rusiya prezidenti Vladimir Putin ölkənin qış vaxtına keçməsi ilə bağlı qanunu imzalayıb.
“Media forum” xəbər verir ki, yeni qanunla bu il oktyabrın 26-dan Rusiyanın bir çox bölgələrində saatların əqrəbi bir saat geri çəkiləcək. Bundan sonra daha əqrəblərin irəli-geri çəkilməsi, yəni yay-qış vaxtlarına keçilməsi prosesi olmayacaq. Beləliklə, oktyabrın 26-dan qış vaxtına keçən Rusiya həmişəlik bu vaxtda qalacaq.
Rusiya yay-qış vaxtının tətbiqini 2011-ci ilin payızından dayandırıb.