Prezident İlham Əliyev və Yunanıstanın Baş naziri Antonis Samaras arasında təkbətək görüş olub

52
Sentyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev ilə Yunanıstanın Baş naziri Antonis Samarasın 866384b40cbd2c11ffd1f06031e00a30təkbətək görüşü olub.

 

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında  əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, “Cənub” qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulanıb.

 

Qeyd edilib ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var. Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev ilə Yunanıstanın Baş naziri Antonis Samarasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, “Cənub” qaz dəhlizinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.