Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:
Həşimov İsmayıl Teymur oğlu
Demina Tanziliya Zaxarovna
Məmmədov Yaqub Əkbər oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Əlimzanov Şamil Əhmədcanoviç
İbrahimov İbrahim Eldar oğlu
İşməmmədova Svetlana Bəşirovna.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Nərimanov Elşad Əhməd oğlu
Əliyev Elxan İzzət oğlu
Mircavadov Ağasəlim Seyidəhməd oğlu
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında sülh prosesinin daha da irəliləməsinə...