PKK iki məktəbə od vurdu

68
Məktəblərin açılmasına qısa müddət qalmış Türkiyədə başlayan “məktəb yandırma” vəhşiliyi hələ də davam img1636660edir.
Avropa.info-nun məlumatına görə, dünən Hakkari və Yüksəkova rayonlarında 2 məktəb yandırılıb.
Kürd dilində təhsil verən binaların möhürlənməsindən sonra start verilən “Məktəb yandırma” kampaniyası PKK terror təşkilatının gənclik qolu tərəfindən həyata keçirilir.
DBP və tədris işçiləri Valiliyin qərarı ilə bağlanan Kürtcə təhsil verən binaların möhürünü qıraraq dərs keçiməyə başlayıb. Lakin məktəb dünən ikinci dəfə möhürlənib.
Dünən axşam məktəbin ətrafına toplanan 50 nəfərlik üzübağlı PKK-lı qrupla polis arasında gərginlik yaşanıb. PKK-lı qrup polislərə fişəng atıb. Polis isə gözyaşardıcı bomba və plastik mərmilərdən istidadə edib.
Daha sonra PKK-çılar molotov kokteyli ilə məktəbə hücum ediblər. Məktəbə xeyli ziyan dəyib.