Pentaqon Türkiyə ilə S-400 və F-35 məsələsini müzakirə edəcək

6

ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen türkiyəli həmkarı Hülusu Akar ilə Ankaranın Rusiyanın S-400 zenit raket sistemini alması və Türkiyə pilotlarına Amerikanın F-35 təyyarələri üçün təlimlərin keçirilməsinin dayandırılması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcək.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen deyib.

“Lakin mən ümid edirəm ki, sabah biz baxış mübadiləsi aparacağıq və hansı məsələdə irəliləyiş əldə olunduğu barədə bir-birimizi məlumatlandıracağıq”, – deyə Şenahen əlavə edib.

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton və Ankara arasında əməkdaşlıq təkcə pilotların təlimatlandırılması məsələsində dayandırılıb, təyyarələrə xidmət göstərilməsində deyil.