İməcliklərdə zamanı ərazində təmizlik işləri görülmüş, mövcud ağacların dibi quru otlardan təmizlənmiş, yeni əkiləcək ağaclarin damcı üsulu ilə suvarılmaı üçün su xətləri çəkilmiş, köhnələri isə təftiş olunub.
Hər iki rayonda keçirilən iməclikdə Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd yeni zeytun və badam ağacları əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanıb.
Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olub. Mövsüm ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.