İşğalçı ölkə başçısı Nikol Paşinyan Çinə səfəri zamanı Azərbaycanın milli rəqsi olan “Köçəri”nin Pekində “erməni milli rəqsi” kimi təqdim olunmasını sevinclə qeyd edib.
Moderator.az xəbər verir ki, bu haqda xəbəri Ermənistan saytları Paşinyanın “Facebook” səhifəsinə istinadla yayıb. Bu barədə video təqdim edən erməni baş nazir yazıb: “Asiya mədəniyyət karnavalında Pekin olimipya stadionu erməni “Köçəri”sini alqışlayır…”
Erməni rəqs qrupunun çıxışı Çinin ən böyük telekanallarından biri olan “CCTV”-də nümayiş etdirilib.
Qeyd edək ki, Çinin paytaxtı Pekində keçirilən “Asiya sivilizasiyalarının dialoqu” konfransı çərçivəsində mayın 15-də Asiya mədəniyyət karnavalının açılışı olub. Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri “Mənim Azərbaycanım” kompozisiyasını təqdim ediblər. Mayın 22-dək davam edəcək karnaval Asiya xalqları arasında mədəni mübadilənin təşviqi məqsədini daşıyır.
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
İsveç gömrüyü ölkə tarixində ən böyük kokain müsadirələrindən birini həyata keçirərək ötən həftə Stokholm yaxınlığındakı limanda 1,4 tona yaxın narkotik...