Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq

8

Özbəkistan Müdafiə Nazirliyi qadınların müqavilə əsasında hərbi xidmətə çağırışını elan edib.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir.

Qeyd olunur ki, 18-22 yaşlı, boyu 170 santimetrdən aşağı olmayan qadınlar hərbi xidmət üçün müraciət edə bilər.

Bundan başqa, fiziki məşğələlər üçün idmanla məşğul olmuş qadınlara üstünlük veriləcəyi bildirilib.