Ötən il Azərbaycan məhkəmələrində baxılan işlərin statistikası açıqlanıb.
“Report” xəbər verir ki, Ədliyyə Nazirliyindən daxil olmuş məhkəmə statistikaya əsasən, respublikanın birinci instansiya (ümumi iqtisadi) məhkəmələri tərəfindən 2018-ci ildə 246.920 işə, o cümlədən 224.584mülki işlərə, 5029 iqtisadi mübahisələrə, 17.307 inzibati mübahisələrə dair işlərə baxılıb.