Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 6-da 121 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir
Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda 5 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Elchi.az xəbər verir...