Ötən il Azərbaycanda qeydiyyatdan keçən əsərlərin sayı açıqlanıb

5

“Ötən il 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib”.

“Report” xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

O qeyd edib ki, “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilib: “Bundan başqa, keçən il 15 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-ci ildən 2019-cu ilin 1 yanvar tarixinədək agentlikdə ümumilikdə 12122 əsəri və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib”.

K.İmanov əlavə ki, ÜDM-də müəllif hüququna əsaslanan neqativ sənayenin payı artıb: “Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan neqativ sənayenin payı 2007-ci ildə 3,3 faizdən 2018-ci ilin 1 yanvarında olan vəziyyətə görə 5,1 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir. 2017-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 3549,1 mln. manat təşkil edib”.