Tarlan Eyvazov
(məqamlar)
Hörmətli dostlar, əziz qazilər!
Son günlər 1994-cü ilin yanvar döyüşlərini işqalandıran statuslarıma göstərdiyiniz marağa görə sizlərə təşəkkür edirəm. Təbii ki, bu kiçik yazılarda o böyük insanların, qeyrətli vətən övladlarının igidliklərindən tam bəhs etmək mümkün deyil. Mən bu müstəvidə yazılarımı işləyərkən düşünürdüm ki, həmin hadisələrin bilavasitə iştirakçısı olan qazilərimiz öz şərhləri ilə statusuma geniş anlam verəcək, yeni faklar yazacaqlar. Amma keçmiş əsəgərlərimiz bu və ya digər faktlar haqqında yazmağı məndən xahiş edirlər. Elə ona görə də bəhs etdiyim həmin döyüşün, yazmadığım bəzi məqamlarına toxunmaq qərarına gəldim.
Bu, həm də ona görə lazımdır ki, bütün mətbuat orqanalrını müxtəlif vasitələrlə zəbt edib, özlərinə qəhrəman obrazı yaradan bəziləri, əsil döyüşün nədən ibarət olduğunu, ümumən döyüşdə qalib gəlmək üçün necə fəaliyyət göstərilməli olduğunu və bunu hansı əziyyətlər, qanlar bahasına başa gəldiyini dərk etsinlər. Bəlkə bundan sonra bu gopalogiyaya son qoysunlar.
Yalnız bir neçə məqam…
Leytenant Maarif Nuriyevin taqımı ona tapşırılmış marşurt üzrə düşmən mövqelərinə tərəf irəliləyirdi. Bu zaman döyüşçülər önlərində düşmənin sərmiş olduğu qarışıq məftillərə sarınmış mina maneəsini görürlər. Yerli briqada tərəfindən hissəyə təhkim edilmiş istehkamçılar isə artıq aradan çıxmışdı. Taqım komandir hamının aralanmasını əmr edib özü heç bir alət olmadan bu məftilləri (putanitsa) minadan aralamağa başlayır. Ancaq məftillər daha da dolaşır. Vaxt isə gözləmirdi. Nuriyev qayışını çıxarıb bir ucunu məftilə, bir ucunu isə ayaqlarına bağlayır. Sonra isə var gücü ilə yuxarıya tullanır. Təbii ki, minlalar partlayır taqım komandiri isə ağır yaralanır. Onu geriyə çatdırıb həyatını xilas edirlər. İndi də ikinci qrup əlildir, Oğuz rayonunda yaşayır.(Hərbi hissədə onun toyunu özümüz etmişik. Tamadası da, xanəndəsi də mən olmuşam. Musiqiçilər də əsgərlərimiz idi. Mən hələ elə ləzzətli toy görməmişəm.)
Başqa bir taqımın gənc əsgəri ehtiyatsızlıq edərək qumbaraya bağlanmış məftilə ilişir. Hamı partlayışın ola biləcəyini düşünərək yerə uzanır. Amma çavuş Qara Hüseynov cəld hərəkətlə qumbaranı götüb düşmən səngərinə atır. Düşmən qumbarası düşmənin özünün pulemyotçusunu məhv edir.
Əvvəlki yazımda qeyd etmişdim ki, həmin döyüşdə erməni tərəfdə Stavropol əyalətindən gəlmiş atlı kazaklar da iştirak edib. Təbii ki, müasir müaharibədə bu, elə bir əhəmiyyət kəsb etməsə də, bunun psixoloji tərəfi vardı. Süvarilər at belində manevr edərək onlara yağdırılan güllələrdən yayınaraq hay- küylə bizim mövqelərimizə yaxınlaşırdılar.
Bu zaman bölük komandirinin müavini leytenant Abdulla Rəhimov 60 mm-lik minaatanın döyüşə hazırlanmasını əmr edir. Birinci atəş dəqiq olmur. Amma sonrakı atəşlərdə kazakar bir yana, atlar bir yana olur. Panikaya düşən kazakların sağ qalanları qaçmaq istəsələr də, pulemyot güllələri onları haqlayır.
O hadisədən sonra kazaklar bir daha cəbhədə görünmədilər…
Bu yazdıqlarım həmin döyüşlərin bəzi məqamlarıdır. Sizlər üçün də maraqlı olar deyə diqqətinizə çatdırdım…