Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvar ayının 5-6-da ölkə ərazisində hava şəraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Səhər saatlarında bəzi yerlərdə zəif duman, çişkin olacağı istisna olunmur. Qərb küləklərinin üstünlüyü müşahidə olunacaq. Bəzi yerlərdə arabir güclənəcək”.
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: “Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9-15, mərkəzi Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 3-7 dərəcə isti müşahidə olunacaq”.
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,71 ABŞ dolları...