“Ermənistan uzun illərdi qondarma erməni soyqırım adı altında öz dövlət təblığatını aparır. Bundan istifadə edir. Özlərini “zavalı” bir xalq kimi təqdim edirlər”.
Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
BAXCP rəsmisinin sözlərinə görə, bu yolla onlar həm də vəsait toplayırlar: “Bilirsiniz ki, erməni lobbisi hər ilə bu yönümlə xeyli təblığat aparır. Onlar istəyirlər ki, aparıcı dövlətlər bunların “soyqırım”ını qəbul etsinlər və beləliklə də, beynəlxalq qanunlara uyğun Türkiyə dövlətindən böyük məbləğda vəsait alsınlar. Bütün hallarda ermənilərin bu çırkin fəlaiyyəti heç bir uğur qazanmayacaq. Türkiyə dövləti bu il Zəfər bayaramının 100 illiyini qeyd edir. Birinci dünya savaşında Türkiyə dövləti heç bir ölkənin ərazısıni işğal etməmişdi. Əksinə, bir neçə ölkə birləşib Türkiyəni işğal etmək istəyirdi. Böyük Atatürkün fədakarlığı nəticəsində Türkiyəni məğlub etmək olmadı. Bütün dünya tarixçiləri də bilir ki, həmin illərdə Türkiyə öz ərazisini qoruyub. Və ona qarşı kim savaşıbsa, Türkiyə də adekvat cavab verib. Ermənilərin bu iddiasının isə heç bir əsası yoxdur. Ona görə də rəsmi olaraq Türkiyə dövlətinin təklif etdiyi, tarixçilər araşdırma aparsınlar təklifini Ermənistan qəbul etmir. Bilirlər ki, indiyə qədər “soyqırım” iddia etdikləri ağ yalandan başqa bir şey deyil”.