Niyə Əli Kərimli Qarabağı Rusiyanın işğal etdiyini indi dedi?!

29

Niyaməddin Orduxanlı: “ Özünü Qərbə göstərmək istəyir ki, guya o Rusiyanın əleyhinədir. Ancaq unudur ki, Kərimli Rusiyanın İbrahimbəyov layihəsinin baş qəhrəmanlarından biri olub. Hər il Rusiyadan və İrandan ona yüz minlərlə dollar göndərilir. ” 

“Əli Kərimli deyir ki, niyə Azərbaycan açıq şəkildə Qarabağı Rusiyanın işğal etdiyini demir? Bu günə kimi nə vaxt görmüşdüz ki, Kərimlinin özü Qarabağı Rusiyanın işğal etdiyini dilə gətirsin?! Heç zaman!”

Bu açıqlamanı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı Avrasiya.net saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günə kimi Əli Kərimli heç zaman açıq şəkildə Rusiyanın adını çəkməmişdi: “ Bilirsiniz niyə indi cəsarətlənib? Son zamanlar Avropa qurumları və Qərb Əli Kərimlini müxalifət kimi Azərbaycanla bağlı keçirilən tədbirlərinə dəvət etmirlər. Artıq Azərbaycan müxalifəti adı ilə başqa partiyanı dəvət edirlər. Və buna görə də Əli Kərimli bir necə gündür şok yaşayır. Dəvət olunmamasının səbəbini Kərimlinin özü çox yaxşı bilir. Hətta Kərimli buna görə o qədər qəzəblidir ki, dəvət olunan partiyanı bir necə gündür sosial şəbəkələrdə hər cür təhqirlərə, şantajlara məruz qoyur. Əli Kərimlinin dəvət olunmamasının səbəbini izah edim. Avropa təşkilatları çox yaxşı bilirlər və unutmayıblar ki, 2013-cü ildə Əli Kərimli Rusiyanın layihəsi olan Rüstəm İbrahimbəyovu dəstəkləyirdi. Hətta Rusiyanın prezident Vladimir Putinə Mill Şuranın adından “şanlı məktub” da yazılmışdı. Məktubunun yazılmasının təşəbbüskar Əli Kərimli olub.

Qərb onu da yaxşı bilir ki, Kərimlinin Qənimət Zayidov vasitəsi ilə İranla da çox isti münasibətləri var. Elə bu səbəbdəndir ki, Kərimli İran mollarının əlindən öpməyi özünə şərəf bilən Taleh Bağırzadəni açıq şəkildə dəstəkləyir. Bütün bunları Qərb görür və unutmur. Kərimlinin dəvət olunmamasının əsas səbəbi budur! Çünki Qərb və Avropa Kərimliyə olan etimadını çoxdan itirib. Onlar yaxşı bilirlər ki, Əli Kərimli öz siyasi məqsədlərinə çatmaq üçün həm Rusiya ilə, həm də İranla yaxından əməkdaşlıq edir. Onlar yaxşı bilirlər ki, Kərimli bu gün Azərbaycanda hakimiyyəti dəyişmək üçün molla rejiminin də qurulmasına razılıq vermiş adamdır. Onlardan maliyə alır.

Xatırlayın, Əli Kərimliyə Rusiyadan bir il ərzində gələn 670 000 dollarlıq məhkəmə işini . Rusiya həmin pulları Kərimlinin partiya üzvü Saleh Rüstəmov vasitəsi ilə göndərirdi. Hər ilə Rusiyadan yüz minlərlə dollar alıb Kərimli. Bir müddət əvvəl Rusiyanın Ədliyyə Nazirliyinin əslən azərbaycanlı generalı Sakit Allahverdiyev mətbuata açıqlama verdi ki, Qənimət Zayidov vasitəsi ilə Kərimliyə yüz minlərlə dollar verib. Təbii ki, bütün bunları Qərb və Avropa bilməmiş deyildi. Ona görə də, bu gün Kərimli Rusiyanın adını açıq şəkildə dilə gətirir. Bunu qəsdən edir. Qərbə və Avropaya göstərmək istəyir ki, o açıq şəkildə Rusiyanı ittiham etməyə başlayıb. Və yenidən özünün “qərpərsət” imicini formalaşdırmaq istəyir. Yoxsa, Əli Kərimli heç zaman Rusiyanın adını dilə gətirməzdi! Bu qədər sadə