“Dünya bazarında neftin qiyməti yaxın 3-4 il ərzində sabit və yüksək olacaq”.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin “Qazprom neft” şirkətinin rəhbəri Aleksandr Dyukov deyib.
O, bu barədə Rusiyanın Tümen şəhərində keçirilən neft-qaz forumunda bildirib.