Həftənin son günündə Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzerLight” markalı neftin bir barelinin qiyməti 0,24% və ya 0,16 dollar düşərək 65,33 dollar olub.