İstefa verdiyi deyilən Sadlq Sadlqov yerindəymiş, prezident təyin olduğu yazılan Çingiz Abdullayev də öz işində
“Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov “Neftçi”dəki fəaliyyətini davam etdirir”. Bu sözləri apasport.az saytına SOCAR-ın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
O bildirib ki, “Neftçi”də struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra “Neftçi” İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək: “Sadıq Sadıqov hazırda “Neftçi” İdman Klubunun rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın prezidentidi. “Neftçi” PFK “Neftçi” İdman Klubunun tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Həmin dəyişikliklə bağlı da ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bu gün aznews.az-da “Neftçi”nin prezidenti Sadıq Sadıqoun istefa verdiyi, bu posta isə Çingiz Abdullayevin gətirildiyi xəbəri yayılmışdı.
***
Sadıq Sadıqov “Neftçi”nin prezidenti postundan getdiyi barədə yayılan xəbərləri şərh edib. Sadıqov Futbolxeber.az saytına verdiyi açıqlamada deyib: “Mən “Neftçi”dən getməmişəm. Sadəcə olaraq, “Neftçi” İSM-lə “Neftçi” PFK birləşib. Bundan sonra vahid təşkilat kimi fəaliyyət göstərəcəyik. Bu qurumun rəhbəri də mənəm. Lakin ayrı-ayrı strukturlarda dəyişiklik ola bilər”.
***
“Neftçi” PFK mətbuatda Sadıq Sadıqovun istefası haqqında yayılan xəbərələrə aydınlıq gətirib.
Sivil.az bəyanatı diqqətinizə çatdırır:
“Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz. Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın da prezidentidir. “Neftçi” PFK bir müddət əvvəl “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək”.
P.S. Deyəsən futbol təsərrüfatının fiqurantları 1 apreli iki gün qabaqlayıblar