Ələt-Astara avtomobil yolunun Neftçala rayonundan keçən hissəsində baş verən ağır yol qəzası zamanı yaralananların şəxsiyyəti məlum olub.
“Report”un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.
***
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində – Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı mikroavtobus qarşıda gedən “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb.
Qəza zamanı 3 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Hazırda hadisə yerinə “təcili yardım” maşınları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda körpə eyvanda anasının qucağından düşərək öldü
Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır. Elchi.az xəbər verir ki, aprelin 26-da saat 8...