Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə həftə sonları yarmarkalar təşkil olunur. Kənd təsərrüfatı ilə məşğul olanların qazancının artırılması, məhsulların qiymətinin ucuzluğu baxımından həftə içi günlərdə də yarmarkaların keçirilməsi haqda təklifləri səsləndirilir.
Səslənən təkliflərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında bildirib ki, hazırda bu məsələ müzakirə mövzusu deyib.
Nazirlik sözçüsü qeyd edib ki, yarmarkaların hətfə içi keçirilməsi yaxşı effet verməyəcək: “Hamı bazarlığını həftə sonu edir. Təcrübə də göstərir ki, ara günlər yarmarkaların keçirilməsi məqsədəuyğun deyil. Hesab edirəm ki, bu addım effektsiz olar. Bu baxımdan hazırda yarmarkaların gündəlik təşkil olunması mümkün deyil”.