ELchi.az “Report”a istinadən bildirir ki, müvafiq qanun “Qazaxıstan həqiqətləri” rəsmi qəzetində dərc olunub və qüvvəyə minib.
“Tarixi missiyanın rəhbəri kimi Təhlükəsizlik Şurasına rəhbərlik hüququ Qazaxıstan Respublikasının birinci prezidentinə – Elbaşına (millətin lideri – Nazarbayevə) ömürlük məxsusdur”, – deyə qanunda qeyd edilib.
Sənəd əvvəlcə iyulun 5-də parlament tərəfindən qəbul edilib və prezident tərəfindən imzalanıb. Konstitusiya Şurası müvafiq Konstitusiya qanununu qəbul edib.
Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb
Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. Elchi.az xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci...