Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.
“Report”un xəbərinə görə, hazırda iclas davam edir.
Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).
Xatırladaq ki, bu gün MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.