Messi yenidən Argentina millisinə çağrılıb

7

“Barselona”nın forvardı Lionel Messi yenidən Argentina millisinə çağrılıb.

“Report” xəbər verir ki, Messi 2018-ci il Dünya çempionatının 1/8 final matçından sonra milli komandanın oyunlarında iştirak etməyib.

Yığmanın mətbuat xidmətinin məlumatına görə, hücumçu Venesuela (22 Mart) və Mərakeş (26 Mart) ilə yoldaşlıq oyunlarında komandanın sıralarına qatılacaq.

Messinin hesabında yığmada 128 oyun və 65 qol var.