Messi “Barselona”da 600-cü qolunu vurub

11

“Barselona” klubunun (İspaniya) forvardı Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin “Liverpul”a qarşı keçirilən ilk oyununda dubl etməklə, komandada 600-cü qolunu vurub.

“Report” xəbər verir ki, “göy-qırmızılar”ın argentinalı kapitanı oyunda ilk qolunu 75-ci dəqiqədə vurub.

Onun qarşılaşmadakı ikinci qolu 82-ci dəqiqəyə təsadüf edib. Messi bu dəfə cərimə zərbəsindən rəqibin qapısına yol tapıb.

Messi “Barselona“nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl – 1 may 2005-ci il tarixində “Albasete”nin qapısına vurub.

Messi cari mövsümdə klub səviyyəsində 46 oyunda iştirak edib, 48 qol vurub, 22 məhsuldar ötürmə edib. O, İspaniya çempionatında və Çempionlar Liqasında bombardirlər siyahısına başçılıq edir.