Meksikada deputatlar dövlət hesabına xaricə gedə bilməyəcəklər

78

Yeni çağırış Meksika parlamentinin üzvləri dövlət büdcəsi hesabına xarici səfərlərə getmək imtiyazından məhrum ediliblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hazırda büdcədə belə bir maddə yoxdur.

Deputatlar Palatasında əksəriyyətə malik Morena Partiyasının əlaqələndiricisi Mario Delqadonun bildirdiyinə görə, yeni çağırış parlament işə başlayandan millət vəkillərinin heç bir xarici səfəri təsdiqlənməyib: “Onların hansı beynəlxalq təşkilata dəvət olunduqları, orada iştirak etmələrinin, həqiqətən, zəruri olub-olmadığı tam araşdırılanadək millət vəkilərinin səfərlərinə icazə verilməyəcək”.

Əvvəlki deputatların üç il ərzində 641 dəfə təyyarə ilə xaricə səfərə çıxması dövlətə, təqribən, 56 milyon pesoya, yəni 3 milyon dollara yaxın vəsaitə başa gəlmişdi.